“Səbail” – “Korona” oyununun vaxtı bəlli oldu
24.01.2020 - 23:10
“Səbail” – “Korona” oyununun vaxtı bəlli oldu

Bakının “Səbail” klubunun Türkiyədəki son oyununun vaxtı və yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu təlim-məşq toplanışını Polşa “Korona”sı ilə qarşılaşma ilə yekunlaşdıracaq.

Matç “Topkapı” futbol mərkəzində baş tutacaq. Görüşün start fiti saat 16:00-da veriləcək.

Qeyd edək ki, Premyer Liqanın autsayderi Antalyada qələbəyə həsrətdir. Aftandil Hacıyevin yetirmələri "Jetisu" (Qazaxıstan) və "Olimpik"ə (Donetsk, Ukrayna) müvafiq olaraq 0:1 və 1:3 hesabı ilə məğlub olub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçə edib – 1:1.