“Səbail” – “Qarabağ” matçının vaxtını dəyişdi - PFL
30.12.2020 - 14:57
“Səbail” – “Qarabağ” matçının vaxtını dəyişdi - PFL

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan “Səbail” – “Qarabağ” matçının tarixi dəyişib.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə görüşün keçiriləcəyi vaxtla bağlı yekun qərarını açıqlayıb.

Qurum oyunun əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcəyini bəyan edib.