Mövsümün ikinci yarısına hazırlaşan Bakının “Səbail” klubu bu gün son yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını 4-cü matçla yekunlaşdırıb.
Aftandil Hacıyevin yetirmələri Polşa təmsilçisi “Korona” ilə üz-üzə gəlib. “Topkapı” futbol mərkəzində baş tutan görüşdə 1 qol qeydə alınıb. Yeni transferi Hendrik Ekşteynin 89-cu dəqiqədə vurduğu yeganə qol Premyer Liqamızın autsayderinə qələbə qazandırıb. Bu, həm də bakılıların Türkiyədə ilk qalibiyyəti olub.
Qeyd edək ki, “Səbail” bunadək Antalyada 3 oyun keçirib. "Jetisu" (Qazaxıstan) və "Olimpik"ə (Donetsk, Ukrayna) müvafiq olaraq 0:1 və 1:3 hesabı ilə məğlub olan Aftandil Hacıyevin yetirmələri Rumıniya “Voluntari”si ilə heç-heçə edib – 1:1.
Yoxlama oyunu
25 yanvar
16:00. “Səbail” – “Korona” (Polşa) - 1:0
Qol: Hendrik Ekşteyn, 89
“Topkapı” futbol mərkəzi
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı