Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, ötən mövsümün uğursuzları “Səbail”lə “Qəbələ” Bakıda üz-üzə gəlib.
Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. Görüşün ilk yarısında Elmar Baxşıyevin yetirmələri iki dəfə rəqib qapısına yol tapıb. Hər iki qola Ülvi İsgəndərov imza atıb.
Fasilədə hər iki komandanın heyətində dəyişikliklər olub. Paytaxt klubu ikinci yarıda fərqi azaltsa da, ardınca “Qəbələ” yenidən üstünlüyü artırıb. “Səbail” daha bir dəfə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyib.
Yoxlama oyunu
21 iyul
18:30. “Səbail” - “Qəbələ” – 2:3
Bakı Olimpiya Stadionu
“Səbail”ə qalib gəldi – “Qəbələ”
21.07.2021 - 20:29
0
0