“Səbail” qapıçısını itirdi
03.05.2022 - 17:13
“Səbail” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi qapıçısı Rəşad Əzizlinin xidmətindən məhrum olub.
Qolkiper XXV turun “Şamaxı” ilə səfər matçında zədələnib. Oyunu davam etdirə bilməyən Rəşad birinci hissənin gedişində əvəzlənib. Onun yerinə meydana Hüseynəli Quliyev çıxıb.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.
0
0