“Səbail”də itki
12.03.2022 - 18:14
“Səbail”in müdafiəçisi Yurgen Qoxa zədələnib.
Apasport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Premyer Liqanın XIX turunda xəsarət alıb.
“Keşlə” ilə matçın ikinci hissəsində zədələnən Qoxa meydana qayıtsa da, sonradan oyunu davam etdirə bilməyib. Onu Məhəmməd Mirzəbəyov əvəzləyib.
Qeyd edək ki, hazırda “Səbail” – “Keşlə” oyununda qonaqlar 2:0 hesabı ilə öndədir.
0
0