"Səbail"də daha bir müqavilə
22.01.2020 - 15:03
Antalya toplanışı çərçivəsində "Səbail"də baxışda olan Peyman Keşavarzın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Bakı klubunun baş məşqçisi Aftandil Hacıyev iranlı mərkəz müdafiəçisini bəyənib.
Bu üzdən 24 yaşlı futbolçu ilə müqavilə imzalanıb. Anlaşmaya əsasən, Keşavarz cari mövsümün sonuna qədər "Səbail"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Peyman Keşavarzın son klubu "Sumqayıt" olub. O, ötən ilin yanvarında keçdiyi "gənclik şəhəri" təmsilçisi ilə mövsümöncəsi vidalaşıb.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0