“Səbail”dən “Qarabağ”lıya MARAQ
17.01.2022 - 12:54
“Səbail”dən “Qarabağ”lıya MARAQ

“Səbail” Kamran Ağayevin karyerasını bitirməsindən sonra qapıçı axtarışlarına başlayıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi iki yerli qolkiperlə danışıq aparır.

Baş məşqçi Aftandil Hacıyevin çərçivəyə ilk hədəfi “Zirə”nin qapıçısı Rəşad Əzizlidir. Lakin “Zirə”nin hələ ki, müsbət cavab verməməsi Premyer Liqanın autsayderini alternativ varianta vadar edib.

Əzizlinin keçidinin baş tutma ehtimalının az olduğunu nəzərə alan “Səbail” Amin Ramazanov üçün “Qarabağ”a müraciət edib. Bakılılar 19 yaşlı qapıçını mövsümün sonuna icarəyə götürmək niyyətindədir. “Qarabağ” Luka Quqeşaşvilinin transferindən sonra üçüncü qapıçı statusunu da itirən U-19 millimizin üzvünü oyun praktikası toplaması üçün icarəyə göndərə bilər.

Qeyd edək ki, “Səbail”də hazırda iki qapıçı – Elxan Əhmədov və Nail Alışov var.