“Səbail”i istəmədi - honduraslı hücumçu
23.01.2020 - 15:19
“Səbail”i istəmədi - honduraslı hücumçu

Mövsümün ilk yarısından sonra Bakının "Sabah" klubundan ayrılan Rocer Roxas Azərbaycanda qalmaq variantından imtina edib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə lazın olmayan honduraslı hücumçunun xidmətində Bakının digər təmsilçisi “Səbail” maraqlı olub.

Lakin R.Roxas Premyer Liqanın autsayderinə keçmək istəməyib. O, Cənubi Amerikaya qayıtmağa üstünlük verib və "Tolima" klubu ilə anlaşıb.

Qeyd edək ki, Premyer Liqada 11 oyun keçirən legioner qol hesabını aça bilməyib.