"Səbail"in qapıçısı əməliyyat olundu - mövsümü bitirdi
07.02.2020 - 18:05
"Səbail"in qapıçısı əməliyyat olundu - mövsümü bitirdi

"Səbail"in qapıçısı Kamal Bayramov əməliyyat olunub.

Bunu apasport.az saytına açıqlamasında 35 yaşlı qolkiper özü deyib.

Təcrübəli oyunçu bu gün səhər saatlarında axil nahiyəsindən əməliyyat olunub: "Günorta ayılandan sonra həkim yanıma gəldi və dedi ki, əməliyyat uğurlu keçib. Kiçik bir nöqtədən əməliyyat apardıqlarını və heç bir zədə vermədiklərini söylədi".

Bu cür zədələr uzun müddətə sağaldığından, Kamal üçün mövsüm erkən bitib: "4 aydan sonra məşqlərə başlaya biləcəm. Ümid edirəm ki, gələn mövsümə daha yaxşı vəziyyətdə başlayaram".