“Sevilya”dan koronavirusun yayıldığı şəhərin klubuna - transfer
20.02.2020 - 15:30
“Sevilya”dan koronavirusun yayıldığı şəhərin klubuna - transfer

“Sevilya”nın futbolçusu Daniel Karrisu karyerasını Çində davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Uxan Çjoer” klubu ilə anlaşıb.

Maraq doğuran məqam Portuqaliya millisinin üzvünün koronavirusun ən çox yayıldığı şəhər olan Uxan klubuna keçməsidir. 32 yaşlı oyunçu yeni komandası ilə rəsmi müqaviləyə qol çəkib.

Qeyd edək ki, Daniel Karrisu “Sevilya”ya 2013-cü ildə “Redinq”dən keçib.