“Sevilya”nın müdafiəçisi İngiltərəyə köçür
03.05.2022 - 00:44
“Sevilya”nın müdafiəçisi İngiltərəyə köçür

“Sevilya”nın müdafiəçisi Jül Kundenin karyerasını İngiltərədə davam etdirməsi gözlənilir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları 23 yaşlı oyunçunu heyətinə qatmaq uğrunda mübarizə aparır.

Bu yarışda “Çelsi” favorit göstərilir. Artıq bir ildən çoxdur Fransa millisinin üzvünü izləyən londonlular qarşı tərəflə rəsmi danışıqlara da başlayıb. “Zadəganlar”ın baş məşqçisi Tomas Tuxel rəhbərikdən bu keçidin reallaşmasını tələb edib. İspanlar aparıcı müdafiəçisini 80 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Jül Kunde bu mövsüm 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.