“Bu gün oyuna daha yaxşı konsantrasiya olmuşduq. Çünki dünən keçirdiyimiz matçda çoxlu səhvlərə yol vermişdik”.
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis DÇ-2020-nin elit-raunduna hazırlıq çərçivəsində Özbəkistana qarşı keçirilən yoxlama oyunundakı 4:3 hesablı qələbəyə şərh verib: “Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik.
Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA