“Slaviya”nın futbolçusu Azərbaycana gələ bilər
24.12.2019 - 09:00
“Slaviya”nın futbolçusu Azərbaycana gələ bilər

Azərbaycan millisinin (U-21) futbolçusu Fərid Nəbiyev karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. 

Apasport.az saytının məlumatına görə, Praqa “Slaviya”sının B komandasında çıxış edən yarımmüdafiəçi Premyer Liqanın bir neçə klubunun diqqət mərkəzinə düşüb. 

O, "Qəbələ" və "Keşlə"nin də transfer siyahısında yer alıb. Amma futbolçu özü karyerasını xarici ölkədə davam etdirmək niyyətindədir. Onun hansı qərarı verəcəyi bu günlərdə dəqiqləşəcək.
 

0
Fərid Nəbiyev Slaviya transfer