Dünyanın davam edən ən uzun quru seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, milli çempionatların yüksək liqalarında qeydə alınan seriyaların daxil edildiyi siyahıya Slovakiyanın “Slovan” klubu başçılıq edir.
Bratislava təmsilçisi son 10 matçda qapısından top buraxmayıb.
Azərbaycan çempionu “Qarabağ” siyahıda ikincidir. Qurban Qurbanovun komandası artıq 6 oyundur qol buraxmır. 2020-ci ildə qapısını toxunulmaz saxlayan Ağdam klubu sonuncu dəfə ötən il qol buraxıb.
İlk “üçlüy”ü “Boka Xuniors” qapayır. Argentina təmsilçisi son 5 çempionat matçında qapısının toxunulmazlığını qoruyub.