"Son iki görüşdə planlarımızı pozdu" - Tərlan Əhmədov
24.01.2020 - 17:32
"Son iki görüşdə planlarımızı pozdu" - Tərlan Əhmədov

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Antalya toplanışı çərçivəsində bu gün son yoxlama görüşünü keçirən bakılılar Slovakiya təmsilçisi "Zemplin"lə qollu bərabərə qalıblar. Oyunla bağlı fikirlərini bildirən Əhmədov ikinci yarıya hazırlığı Bakıda davam etdirəcəklərini vurğulayıb: “Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki görüşdə planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi. Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.

Qeyd edək ki, “Keşlə” Türkiyə hazırlığı zamanı buna qədər "Zvikau" (Almaniya - 1:4) və "Arsenal"a (Rusiya - 1:2) məğlub olub.
 

0
Tərlan Əhmədov Keşlə yoxlama oyunu