Azərbaycan millisinin futbolçusu Mahir Emreli şərəfini qoruduğu Polşa “Legiya”sında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin I turunun iştirakçısı olub.
O, Varşava təmsilçisinin Rusiya “Spartak”ı ilə səfər matçında meydana çıxıb. Mahir Moskvadakı qarşılaşmada start heyətində yer alıb. Emreli bu görüşün 82-ci dəqiqəsində əvəzlənib. Matçın taleyini uzatma dəqiqələrində vurulan bir qol həll edib. Lirim Kastrati 90+2-ci dəqiqədə qonaqlara 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olub. Bununla "Legiya" ilk görüşdə aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, bu komandaların yer aldığı C qrupunun sabah keçiriləcək digər oyununda “Lester” “Napoli”ni qəbul edəcək.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi