Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Aleksey Baqanın yetirmələri Almaniyanın “Berliner” klubu ilə görüşüb.
Antalyadakı ilk sınağında qalib gələ bilməyən sumqayıtlılar qələbə üçün asan rəqib seçsələr də, yenə istəklərinə nail ola bilməyiblər. Almaniyanın gücünə görə 4-cü liqasında mübarizə aparan Berlin təmsilçi Baqanın komandasını böyük hesabla məğlub edib. Regionalliqanın Şimal-Şərq zonasında oynayan rəqib 5:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Sumqayıt” ilk görüşündə Polşa təmsilçisi “Yagelloniya” ilə qolsuz heç-heçə edib.
Yoxlama oyunu
19 yanvar
17:00. “Sumqayıt” – “Berliner” (Almaniya) - 2:5
Tellur Mütəllimov, 35, Murad Xaçayev, 77