“Sumqayıt” iki aylıq transferini açıqladı
02.04.2022 - 13:51
“Sumqayıt” Andrey Popoviçin transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Azərbaycan millisinin sabiq qapıçısı ilə münasibətləri rəsmiləşdirib.
Son olaraq, Ukraynanın LNZ (Çerkası) klubunda çıxış edən, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində “Sumqayıt”ın şərəfini qoruyan Popoviçlə sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Yəni 30 yaşlı qolkiper qarşıdakı iki ayı "Sumqayıt"da keçirəcək.
O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
0
0