Yanvarın 3-dən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verən "Sumqayıt" məşqlərini ayın 10-dək ölkə daxilində gerçəkləşdirəcək.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Ayxan Abbasovun yetirmələri hazırlığın ikinci mərhələsini yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək.
Təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək komanda "Aska Resort" hotelində məskunlaşacaq.
"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı