“Sumqayıt”da daha bir futbolçunu “qaraladı” - “Neftçi”
12.02.2020 - 14:07
"Neftçi" "Sumqayıt"ın daha bir futbolçusunu elçi düşüb.
Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" “gənclik şəhəri” təmsilçizinin heyətində Əmir Ağayevlə yanaşı, Rəhim Sadıxovun da xidmətində maraqlıdır.
Futbolçu ilə klub arasında danışıqlar mövsüm sonunda baş tutacaq. Paytaxt təmsilçisi həm Əmir, həm də Rəhimin də transferini rəsmiləşdirməyi planlaşdırırlar.
Qeyd edək ki, Ağayevin "kimyaçılar"la müqaviləsi mövsüm sonunda başa çatır. Sadıxovun isə "Sumqayıt"la 2020/2021 mövsüm sonuna qədər anlaşması var.
0
0