“Sumqayıt”dan qolsuz sülh – YENİLƏNİB
15.01.2022 - 13:49
“Sumqayıt” Antalya toplanışında ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi “Yagelloniya” ilə qarşılaşıb.
Polşa klubu ilə matç Bələkdə baş tutub. Aleksey Baqanın yetirmələri bu görüşdə qolsuz heç-heçə ilə kifayətlənib – 0:0.
Qeyd edək ki, “Sumqayıt” toplanışda daha iki yoxlama görüşü keçirəcək.
Yoxlama oyunu
15 yanvar
12:00. “Sumqayıt” – “Yagelloniya” (Polşa) - 0:0
0
0