“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub.
Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündən yüksək dəstədə çıxış edən “Gənclik şəhəri” təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib.
Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.
300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.
Qeyd edək ki, əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.
1-ci qol - Eşqin Quliyev
2011/12 mövsümü
06.08.2011. "Xəzər Lənkəran” – "Sumqayıt Şəhər” 2:1
100-cü qol – Orxan Əliyev
2014/15 mövsümü
14.12.2014. "Neftçi” – "Sumqayıt” 3:2
200-cü qol – Cavid İmamverdiyev
2017/18 mövsümü
02.12.2017. "Kəpəz” – "Sumqayıt” 0:3
300-cü qol - Murad Xaçayev
2021/22 mövsümü
17.10.2021. “Sumqayıt” – “Neftçi” – 1:1
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər