Qış fasiləsində “Sumqayıt”ın yola saldığı Səid Rza yenidən Azərbaycanda oynamaq arzusundadır.
Apasport.az saytının məlumatına görə, ölkəsi İrana qayıdan 31 yaşlı hücumçu orada çox qalmaq fikrində deyil.
Ötən ay “Zob Ahan”la anlaşan Səid Premyer Liqa klublarına yenidən özünü təklif edib. O, xüsusən də, “Neftçi” forması geyinmək arzusundadır. Rza İran çempionatında yüksəlişə keçərək Azərbaycan komandalarının diqqətini çəkəcəyini düşünür. Forvard “Zob Ahan”ın heyətində artıq 5 matçda iştirak edib. O, “Şahr Hodro” və “Fulad” qarşı son iki oyunda qol vuraraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, “Sumqayıt”a ötən ilin yayında keçən Səid Rza mövsümün ilk yarısında Premyer Liqada keçirdiyi 11 oyunda (463 dəqiqə) 1 qolla yadda qalıb.