“Sumqayıt”ın ikinci oyununun vaxtı açıqlandı
16.01.2020 - 13:08
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt"ın növbəti yoxlama oyununun yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri qonşu ölkədəki ikinci matçını yanvarın 18-də keçirəcək.
“Gənclik şəhəri” təmsilçisi Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Oyun Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Qeyd edək ki, ilk oyununda Macarıstan təmsilçisi “Kapoşvari” ilə üz-üzə gələn “Sumqayıt” 3:4 hesabı ilə uduzub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0