Bir günlük istirahətin ardından məşqləri bərpa edən “Sumqayıt” Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”la keçiriləcək oyunun hazırlıqlarına start verib.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da məşqə çıxıb.
Zədəsini sağaldan yarımmüdafiəçi Vüqar Mustafayev və müdafiəçi Şəhriyar Əliyev kollektivlə birgə məşqlərə başlayıb. Bundan başqa, əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıqlara cəlb olunub.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması fevralın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.