“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasının XXVIII turunda “Uotford” üzərində səfər qələbəsinin memarı olub.
Apasport.az saytının məlumatına görə, komandasının 3:2 hesablı qalibiyyətinə 1 qol, 1 məhsuldar ötürmə ilə töhfə verən 20 yaşlı orta sahə oyunçusu cari mövsüm qol+ötürmə sisteminə görə ikinci pilləyə yüksəlib.
Aktivinə 8 qol 5 assist yazdıran Saka “Top-5” liqalarda gənclər arasında 13 xalla ikinci sıranı ələ keçirib. Siyahıya “Bayer”in yarımmüdafiəçisi Florian Virtz başçılıq edir. 18 yaşlı oyunçu Bundesliqanın 23 oyununda 17 xal (7 qol, 10 assist) toplayıb.
Qeyd edək ki, hazırda “Arsenal” 48 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşır.