“Top-5” liqalarının birincisi
20.01.2022 - 11:16
“Top-5” liqalarının birincisi

İtaliya kubokunun 1/8 final mərhələsində “Empoli”ni öz meydanında 3:2 hesabı ilə məğlub edən “İnter” turnirdə mübarizəni davam etdirib.

Apasport.az saytının məlumatına görə, bu görüş milanlıların müdafiəçisi Andrea Ranokkiya və yarımmüdafiəçisi Stefano Sensi üçün əlamətdar olub.

Hər iki futbolçu cari mövsüm “siftə” edib. Bununla “İnter”in cari mövsümdə bütün turnirlərdə qol vuran futbolçu sayı 20-yə çatıb. Bu, Avropanın “Top-5” liqalarındakı klublar arasında ən yaxşı göstəricidir.

Qeyd edək ki, “İnter”in 1/4 final mərhələsindəki rəqibi bu gün baş tutacaq “Roma” – “Leççe” matçının qalibi olacaq.