“Top-5”də ikinci yerə yüksəldi - Messi
10.02.2020 - 11:02
“Top-5”də ikinci yerə yüksəldi - Messi

“Barselona”nın kapitanı Lionel Messi İspaniya La Liqasının XXIII turunda “Betis”lə səfər matçının qəhrəmanı olub.

Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə hər üç qolun məhsuldar ötürməsini verib.

Cari mövsüm çempionatda meydana çıxdığı 18 oyunda 14 qolun müəllifi olan superulduz assist sayını da 11-ə yüksəldib. Messi bu göstərici ilə “Top-5” liqalarda ikinci pilləyə yüksəlib. O, hazırda yalnız Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sançodan geri qalır. 19 yaşlı ingiltərəlinin aktivində hazırda Bundesliqada 12 qol, 13 assist var.

Qeyd edək ki, Lionel Messi həm qol, həm də assist sayında La Liqaya başçılıq edir.