Öz ölkəsinin çempionatındakı ev oyunlarında davam edən ən uzun qələbə seriyalarının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşısı “Atletiko Mineyro”dur.
Bu komanda Braziliya A seriyasının son 16 ev matçında xal itirməyib. İkinci sırada qərarlaşan TNS üç oyun geri qalır. Uelslilər 13 ev qələbəsini sıralayıb.
Üçüncü yerin üç şəriki var. Yunanıstanda “Olimpiakos”, İsveçdə AİK, İngiltərənin aşağı liqasında “Mansfild” ardıcıl 10 dəfə qonaqları əliboş yola salıb. Azərbaycan Premyer Liqasında son 9 ev matçından maksimum nəticə əldə edən “Qarabağ”ı “Top-5”dən bir qələbə ayırır.
Ağdam klubu növbəti iki qarşılaşmanı səfərdə keçirəcək. Qurban Qurbanovun yetirmələri evdə ardıcıl 10-cu qələbəsini aprelin 2-də qazana bilər. Bu da baş versə, “Səbail”lə görüşə təsadüf edəcək.
Qeyd edək ki, “Qarabağ” cari mövsümün 8, ötən mövsümün 1 görüşündə qonaqları xalsız qoyub.