“Tottenhem” “İnter”in müdafiəçisi ilə anlaşdı
22.02.2022 - 00:52
“Tottenhem” “İnter”in müdafiəçisi ilə anlaşdı

“İnter”in müdafiəçisi Stefan de Vrey İngiltərəyə köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “Tottenhem”lə razılaşmağa yaxındır.

Premyer Liqa təmsilçisi 30 yaşlı arxa xətt oyunçusunu yay fasiləsində transfer etməyi planlaşdırır. Futbolçu ilə ilkin danışıq müsbət alınıb. De Vrey yayda London təmsilçisinə keçməyə razılıq verib.

Qeyd edək ki, Stefan de Vreyin “İnter”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.