“Tottenhem” “Mançester Siti”nin rekordunu yenilədi
20.01.2022 - 12:00
“Tottenhem” “Mançester Siti”nin rekordunu yenilədi

İngiltərə Premyer Liqasının XVII turunun təxirə salınmış oyununda səfərdə “Lester” üzərində əzmkar qələbə qazanan (3:2) “Tottenhem” turnir tarixində ən gec geridönüş edən komanda olub.

Apasport.az saytının məlumatına görə, Antonio Kontenin yetirmələri 94-cü dəqiqə 52-ci saniyədə 1:2 hesabı ilə geridə olsa da, sonda meydanı qalibiyyətlə tərk edib.

Londonlular 95 və 97-ci dəqiqələrdə fərqlənərək, möhtəşəm geridönüşə imza atıb. Qarşılaşmanın qəhrəmanı əlavə olunmuş dəqiqələrdə dubl edən Stiven Berqveyn olub. “Tottenhem”ə qədər ən gec geridönüş edən “Mançester Siti” idi. “Şəhərlilər” 2012-ci ilin mayında 91-ci dəqiqə 14-cü saniyədə “Kuinz Park Reyncers”lə matçda 1:2 hesabı ilə geridə olsa da, sonda qalib gəlib – 3:2.

Qeyd edək ki, 19 oyunda 36 xal toplayan “Tottenhem” turnir cədvəlində 5-ci yerdədir. “Lester” (25) isə 10-cu pillədə qərarlaşıb.