“Tottenhem” Erikseni qaytarır
04.04.2022 - 15:11
“Tottenhem” Erikseni qaytarır

Danimarka millisinin və “Brentford”un futbolçusu Kristian Eriksen karyerasını “Tottenhem”də davam etdirə bilər.

Apasport.az saytlnın məlumatına görə, London təmsilçisi sabiq yarımmüdafiəçisini geri qaytarmağa qərar verib.

Onun indiki klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Premyer Liqanın 31-ci turunun “Çelsi” ilə oyununda (4:1) qol vuran danimarkalı “Mançester Yunayted”in də maraq dairəsinə düşüb.

Qeyd edək ki, AVRO-2020-nin Finlandiya ilə matçında ürəyi dayanan Kristian 2013-20-ci illərdə “Tottenhem”in formasını geyinib.