"Tottenhem"in hücumçusu Harri Keyn London klubundan ayrılma ehtimalı ilə bağlı məsələyə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunu istisna etməyib.
İngiltərə millisinin üzvü böyük hədəflərinin olduğunu söyləyib: "Gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavabını verə bilməyəcəyim suallardan biridir. Klubu sevirəm, ancaq bir komanda olaraq irəliləmədiyimizi və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman qalanlardan olmaram. Yəni buradan gedə bilərəm, mən iddialı futbolçuyam".
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Harri Keynin London təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.