"Tottenhem"dən növbəti transfer - yenə milli üzvü
29.01.2020 - 15:54
"Tottenhem" daha bir futbolçu ilə heyətini gücləndirib.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi argentinalı Covanni Lo Çelsodan sonra PSV-nin yarımmüdafiəçisi Stiven Berqveyni də transfer edib.
Bu keçidin Premyer Liqa təmsilçisinə bonuslarla birlikdə 32 milyon avroya başa gəldiyi bildirilir. 22 yaşlı oyunçu yeni komandası ilə 5,5 illik müqavilə imzalayıb. Hollandiya millisinin üzvü "Tottenhem"də 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Stiven Berqveyni cari mövsüm Erediviziyada 16 oyunda iştirak edib, 5 qol, 10 assistlə diqqət çəkib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0