Fransanın PSJ klubu yenidən İngiltərə təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Dele Alliyə elçi düşüb.
Apasport.az saytının məlumatına görə, parislilər ulduz futbolçunu qış fasiləsində heyətinə qatmağın planlarını qurur.
Mövsümün əvvəlində “Tottenhem”lə danışığı uğursuz nəticələnən PSJ rəhbərliyi bu dəfə 24 yaşlı orta sahə oyunçusunu icarəyə götürmək niyyətindədir. Razılıq əldə olunarsa, müqaviləyə mövsümün sonunda birdəfəlik transfer etmək maddəsi də qoyulacaq. Oyunçunun Premyer Liqa təmsilçisində əsas heyətdəki yerini itirdiyini nəzərə alsaq, keçidin reallaşması istisna olunmur.
Qeyd edək ki, Dele Alli 2015-ci ildən “Tottenhem”in formasını geyinir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”