Türkiyə kubokunda 1/4 final mərhələsi başlayıb.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar Trabzonda start götürüb.
“Ərzurumspor”u qəbul edən “Trabzonspor” asan qələbə qazanıb. Meydan sahibləri ilk 45 dəqiqədəki üç qol vurublar. Fasilədən sonra daha iki dəfə fərqlənən trabzonlular səfər matçı ərəfəsində böyük üstünlük qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindəki digər matçlar fevralın 5-6-da keçiriləcək. Cavab görüşləri isə ayın 11-13-də baş tutacaq.
Türkiyə kuboku
1/4 final
4 fevral
“Trabzonspor” – “Ərzurumspor” – 5:0
Sorlot, 16, 66, Acer, 26 (avtoqol), Nvakaeme, 43, Acil, 60 (avtoqol)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı