"Transfer edə bilməyəcəyik" - "Yuventus" rəsmisi
28.03.2020 - 13:35
"Yuventus" mövsümün sonunda transferlərə pul xərcləməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi deyib.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən futbol yarışlarının dayandırılması kluba maddi cəhətdən ciddi ziyan vurub. Bu səbəbdən rəhbərlik mövsümün sonunda transferlərə pul xərcləməyəcək: "Nəinki "Yuventus", əksər klublar MBA-dakı kimi, oyunçu dəyişikliyi metodundan istifadə etməli olacaq. Belədə pul xərcləmək problemi olmayacaq".
Qeyd edək ki, "Yuventus" futbolçuların maaşlarının 30 faizini kəsməyi planlaşdırır.
0
0