“Transfer pəncərəsi”nin vaxtı dəyişdirildi
06.02.2020 - 16:58
“Transfer pəncərəsi”nin vaxtı dəyişdirildi

İngiltərə Premyer Liqasında yay “transfer pəncərəsi”nin vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, klublar əvvəlki tarixlərə qayıdılmasına qərar veriblər.

2020/21 mövsümündən başlayaraq yay transfer dövrü avqustun sonunda, sentyabrın əvvəlində başa çatacaq. 2020-ci ildə keçidlərin qeydiyyatı sentyabrın 1-dək yekunlaşacaq.

Digər Avropa ölkələri kimi, İngiltərədə də uzun müddət transfer dövrü bu tarixdə bağlanırdı. Lakin son illərdəki yenilik edilib. 2019-cu ildə iyunun 13-də açılan “pəncərə” avqustun 8-də bağlanıb.