“Nəticə ədalətli deyil. Biz dominant idik, klassik imkanları əldən verdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Panagiotis Zakariu Kipr çempionatının IV turunda “Pafos”la keçirilən oyun barədə danışarkən deyib.
Kipr millisinin 25 yaşlı hücumçusu Konfrans Liqasındakı rəqiblərdən də bəhs edib. O, xüsusən də, növbəti rəqib “Qarabağ” barədə danışıb: “Pafos"la oyunun nəticəsindən məyus olduq. Ancaq yenə də çox çalışacağıq. Qarşıda əvvəlcə “Qarabağ”, ardından isə çempionatda “Olimpiakos”la ağır matçlarımız olacaq. Hədəfimiz çempionluqdur. Təbii ki, Konfrans Liqasında da təslim olmaq fikrində deyilik”.
Qeyd edək ki, “Omoniya” – “Qarabağ” oyunu sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda keçiriləcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər