“İlk oyunumuzu keçirdik. Uğurlu start götürmək önəmli idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin futbolçusu Ağabala Ramazanov deyib.
Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşünə (2:0) hesabı açan hücumçu qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında oyun barədə fikirlərini bildirib: “Qələbədən çox ikinci yarıya uğurlu başlamaq vacib idi. Qalib gəldiyimiz üçün sevincliyik. “Zirə”də debüt oyunum idi. Təkcə qol vurmağıma görə yox, komandanın qələbəsinə də töhfə verdiyim üçün sevinirəm”.
Oyunda hesabı açan futbolçu “Zirə”nin iddialı olduğunu qeyd edib: “İddiasız komanda deyilik. Bizim də bu mövsüm hədəfimiz var. Ancaq hələ ki, turnir cədvəlində kimisə keçməyi yox, öz oyunumuzu daha yüksək səviyyədə keçirməyi fikirləşirik. Belə davam etsək, uğur qazanacağımıza inanıram. Biz sırf "Keşlə"yə çatmaq üçün oynamırıq. Çalışırıq üzərimizə düşəni maksimum yerinə yetirək”.
A.Ramazanov debüt etdiyi komandadakı yeni futbolçuların adaptasiya probleminin olmadığını vurğulayıb: “Komandada yeni oyunçular olsa da, uyğunlaşma baxımından heç bir problem yoxdur. Bunu bu gün meydanda hər kəs gördü. Yeni olsam da, məni komandada çox yaxşı qarşıladılar. Məndən sonra gələnə də mən eyni münasibəti göstərdim. Çalışırıq oyunlara möhkəm kollektiv kimi çıxaq”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı