İngiltərə Premyer Liqasında ilk dəfə çempionatın lideri düşmə zonasında qərarlaşan komandaya böyük hesabla uduzub.
Apasport.az saytının məlumatına görə, bu fiaskoya uğrayan komanda “Liverpul” olub.
44 oyundur uduzmayan mersisaydlılar 19-cu pillədə qərarlaşan “Uotford”a 0:3 hesabı ilə məğlub olublar. Evdə qalib gələn sonuncular bununla da Premyer Liqada ilk müəllifi olub.
Təkcə 1992-ci ildə yaranan Premyer Liqa, bütün İngiltərə çempionatları tarixinə nəzər salsaq, sonuncu belə hadisə 35 il öncə yaşanıb. 1985-ci il noyabrın 23-də “Lester” “Mançester Yunayted”in qapısından üç cavabsız qol keçirib.