"Uxan Çjoer"in futbolçuları "El Klasiko"ya dəvət edildi
29.02.2020 - 11:15
"Uxan Çjoer"in futbolçuları "El Klasiko"ya dəvət edildi

Çinin "Uxan Çjoer" klubunun futbolçuları həftəsonu La Liqanın XXVI turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" oyununu tribunadan izləyəcəklər.

Apasport.az saytının məlumatına görə, Madrid klubu və La Liqa rəhbərliyi həmrəylik jesti olaraq Uxan təmsilçisinə dəvət göndərib.

İspaniyada təlim-məşq toplanışında olan "Uxan Çjoer" təmsil etdiyi şəhərdə koronavirusun sürətlə yayılması səbəbindən vətənə dönə bilmir. Onlar bu gün La Liqanın ofisini ziyarət edəcək, ertəsi gün isə "El Klasiko"nu izləmək üçün "Santyaqo Bernabeu"ya yollanacaqlar. Martın 2-də "Real"ın direktoru Emilio Butrageno "Uxan Çjoer" kollektivinə stadionda ekskursiya təşkil edəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.