“Vest Hem”də yeni futbolçu - əlcəzairli hücumçu
16.10.2020 - 23:36
“Vest Hem”də yeni futbolçu - əlcəzairli hücumçu

İngiltərənin “Vest Hem” klubu yeni futbolçunun keçidini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, London klubu aşağı dəstə təmsilçisi “Brentford”un hücumçusu Said Behraxmanı heyətinə qatıb.
 
25 yaşlı əlcəzairli futbolçu ilə mövsümün sonunadək icarəyə götürülüb. 2018-ci ildən “Brentford”da oynayan Said ötən mövsümün 46 oyununda 17 qol vurub.
 
Qeyd edək ki, əlcəzairli legioner Fransada “Nitsa”, “Anje”, “Qazelek” və “Şatoru”nun formasını geyinib. 

0