"Xorvatiyaya qarşı oyun həlledici olacaq" - MÜSAHİBƏ
29.01.2020 - 17:43
"Xorvatiyaya qarşı oyun həlledici olacaq" - MÜSAHİBƏ

Azərbaycan millisinin milliləşən futzalçısı Qallonun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığması bir neçə gündür ki, Osiyek şəhərində oyunlara hazırlaşır. Sizi dünya çempionatının elit-raunduna tam hazır hesab etmək olar?
- Hazırlıqlarımızı davam etdirirdik. Düşünürəm ki, oyunlara tam hazırıq.

- Oyunlar öncəsi sizi narahat edən nəsə var? Komandadakı atmosfer necədir?
- Millidə atmosfer hər zaman gözəl olub. Elə indinin özündə də hər şey əladır. Komanda yoldaşlarımın əhatəsində özümü əla hiss edirəm. Oyunlar öncəsi kollektivdə yaxşı əhval-ruhiyyə var. 

- Millimiz ilk oyununu qrupa ev sahibliyi edən Xorvatiyaya qarşı keçirəcək. Ev sahiblərini məğlub edə bilərsiniz?
- Bəli, bu günki rəqibimiz Xorvatiyadır. Bilirsiniz, bu mərhələdə yer alan bütün komandaların final mərhələsinə çıxmaq şansı var. Hamısı güclüdür. Millinin düşərgəsinə İspaniyadakı çempionat oyunlarından sonra gəlmişəm. Özümü də çox yaxşı hiss edirəm. Xorvatiyaya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 

- Qrupda millimiz və Xorvatiyadan başqa, Rusiya və Slovakiya da yer alıb. Sizcə, bu qrupdan çıxa biləcəksiniz?
- Əlbəttə, bu qrupdan çıxa bilərik. Düzdür, rəqiblərimiz zəif deyil. Amma qrupdan çıxacağımıza inanırıq. 

- Kimlə oyunu həlledici sayırsız?
- Məncə, elə bu gün Xorvatiyaya qarşı oyun həlledici olacaq. Ona görə də bu görüşdə uğurlu nəticə qazanmağı çox istəyirik. 

- Litvada keçiriləcək dünya çempionatına yollana bilməməyiniz böyük uğursuzluq kimi qəbul olunacaq. Bu haqda fikriniz necədir?
- Əslində, bu, böyük uğursuzluq olmayacaq. Amma təbii ki, mən buna kədərlənəcəm. Lakin indi bu haqda düşünməyək. Final mərhələsinə yollanmaq üçün şansımız var və bunun uğrunda sona qədər oynayacağıq.