“Yagelloniya” “Sumqayıt”a rəqib oldu
14.01.2022 - 10:35
“Yagelloniya” “Sumqayıt”a rəqib oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama görüşü rəqiblərindən biri müəyyənləşib.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu ölkənin “Yagelloniya” klubu ilə qarşılaşacaq.

Bildirilib ki, bu, Belekdə hazırlıq keçən “Yagelloniya”nın ilk sınaq matçı olacaq. Oyunun sabah baş tutması nəzərdə tutulub. “Sumqayıt”ın “Uypeşt”lə görüşü isə Macarıstan klubunda koronavirusa kütləvi yoluxma səbəbindən ləğv olunub.

Qeyd edək ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən “Sumqayıt”ın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.