"Birinci oyun "Neftçi" ilə səfərdə idi. Qış fasiləsindən sonra ilk oyun çətin olur. Birinci hissədə istədiyimiz qolu vurduq”.
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc çalışdırıcı Azərbayacn Premyer Liqasında “Neftçi” ilə oyunu şərh edib. O, 1:1 hesabı ilə baş çatan oyunda futbolçularının əzmkarlığından razı qaldığını deyob: “Rəqib azlıqda idi. Amma qorxduğumuz başımıza gəldi. Rəqib əks-hücumdan oynayırdı. Ələ düşən imkanlardan yararlana bilmədik. Bu gün 2 xal itirdik.
- Azlıqda qalan rəqibə qarşı oynamaq sizə niyə belə çətin olur?
- İkinci hissədə 4-5 qol imkanımız oldu. Oyun qura bilməsəydik, onları yaratmazdıq. Rəqib azlıqda qalandan sonra motivasiyası, döyüşkənliyi artdı. "Neftçi"nin heyətində təcrübəli, usta futbolçular var. Bizdə bu gün son nöqtəni qoymaq çatmadı.
- Komanda yaxşı oynayır, qaçır. Tempi qorumaq üçün rezervləriniz kifayətdir?
- Hər bir məşqçi istəyər ki, geniş heyəti olsun. Ciddi məqsəd qoymuşuqsa, ehtiyat qüvvə çox olmalı idi. Gənclərimiz var, hansı ki, Antalyada onlara şans verdik. Qorxmuruq, avrokuboka vəsiqə qazansaq daha yaxşı olar. Alınmasa da faciə sayılmayacaq. Ölkə futbolu üçün bir neçə futbolçu qazanırıq.
- Millinin baş məşqçisi postuna namizədlərdən biri olduğunuz deyilir...
- Milli hamımız üçün şərəfdir. Məni ora namizəd sayırlarsa, qürurvericidir. Qısa zamanda o siyahıda yer almaq şərəfdir. Amma indi "Sumqayıt"dayam. Nə vaxt kömək lazım olsa, heç bir təmənna güdmədən hazıram.
- Növbəti turda qarşılaşacağınız “Zirə” bu gün “Sabah”a 2 cavabsız qolla qalib gəldi. Sabiq komandanızla oyunda büdrəmək ehtimalınız nə qədərdir?
- “Zirə” ilə prinsipiallığımız yoxdur. Keçən il bunu başa vurduq (gülür). Zaur Həşimov yaxın dostumdur. Ona da uğurlar arzulayıram. Qışda lazımi mövqelərə oyunçular alıblar. Geniş heyətə malikdirlər. Rəqibi analiz edəcəyik. Öz azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Vacib oyundur. Çalışacağıq ki, komandanı hazırlayaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı