“Bordinin istefaya göndərilməsindən xəbərdaram. Bu mənim üçün gözlənilməz olmadı”.
Bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Vladimir Miçoviç deyib.
Veteran qapıçı “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin istefaya göndərilməsinə münasibət bildirib: “Yəqin ki, rəhbərlik toplanış zamanı italiyalı mütəxəssisin komandanın enerjini yüksəldə bilməməsini görüb. Ona görə bu qərara gəlib. Əslində, “Neftçi”nin səviyyəli və güclü futbolçuları var. Komandanı psixoloji olaraq qaldırmaq lazımdır. Roberto Bordin 1,5 il ərzində “Neftçi”də dəyişiklik etdi. Amma bu çox azdır. Yəqin ki, elə buna görə onu göndərdilər. “Neftçi”yə komandanın psixologiyasını və mentalitetini bilən, daima Bakı təmsilçisinin oyununu yaxşılaşdıran, inam qazandıran məşqçi lazımdır”.
Miçoviç “Neftçi”nin “Qarabağ”dan altı xal geridə qalmasına və baş məşqçini istefaya yollanmasına baxmayaraq, çempionluq şanslarının hələ də saxladığını söyləyib: “Şans hər zaman var. Əgər komandada yüksəliş olarsa, bu mövsüm çempionluq uğrunda oynaya bilərlər. Hazırda yeni baş məşqçi üçün yaxşı andır. Baş məşqçi çempionluğa oynaya bilər, əgər bu alınmasa yayda yeni mövsüm üçün heyət qurmaq mümkündür”.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək