“Yuventus” Dibalaya əvəzləyici tapdı
18.01.2022 - 22:38
İtaliya “Yuventus”u heyətinə yeni hücumçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yayda komandadan gedəcəyi gözlənilən Paulo Dibalaya əvəzləyici tapıb.
Müqaviləni uzatmaq istəməyən argentinalını Nikolo Zanyolo əvəz etməlidir. “Yuventus” “Roma”da çıxış edən 22 yaşlı hücumçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Paulo 2015-ci ildən “Yuventus”un formasını geyinir.
0
0