“Yuventus” İspaniyadan hücumçu istəyir
14.01.2022 - 10:05
İspaniya “Valensiya”sının futbolçusu Maksi Qomes karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu “Yuventus”a keçməyə yaxındır.
Qomes bu keçidin qışda reallaşmasını istəyir. Onun yanvarın sonunadək yeni komandasına qoşulacağı gözlənilir.
Turin təmsilçisinin hücumçunu icarəyə götürməyi planlaşdırır. Anlaşmada futbolçunun sonradan alınması da nəzərdə tutulacaq.
Qeyd edək ki, uruqvaylı forvard 2019-cu ildə “Selta”dan Valensiyanın eyniadlı klubuna keçib.
0
0